Cəmiyyət

20 Fevral

Satınalma üzrə mütəxəssis - VAKANSİYA

Finss.az - Company "Satınalma üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 800-1000 AZN 
  • İş qrafiki: 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Bəy namizədlərə üstünlük veriləcək
  • Təhsil: İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil (Bakalavr dərəcəsi).
  • İş təcrübəsi: Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 1–3 il iş təcrübəsi.
  • Dil bilikləri:
  • Azərbaycan dili — mükəmməl (səlis danışıq və yazı qabiliyyəti).
  • İngilis dili — ən azı orta (intermediate) səviyyədə (beynəlxalq yazışmalar üçün).
  • Rus dili — arzuolunandır.
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel — mükəmməl səviyyədə)

Gömrük qanunvericiliyi: Gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük bəyannamələrinin (yük gömrük bəyannaməsi) hazırlanması və müvafiq prosedurlar barədə biliklər.

Bilik və bacarıqlar:

  • Beynəlxalq ticarət qaydaları (Incoterms) barədə biliklər.
  • Gömrük qanunvericiliyi: Gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük bəyannamələrinin (yük gömrük bəyannaməsi) hazırlanması və müvafiq prosedurlar barədə biliklər.
  • Yerli və xarici bazarın təhlili, təchizatçıların araşdırılması və qiymətləndirilməsi bacarığı.
  • Güclü ünsiyyət, danışıqlar aparma və inandırma qabiliyyəti.
  • Analitik düşünmə, operativlik və məsuliyyətlilik.

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını qeyd olunan elektron poçt ([email protected]) ünvanına mövzu yerində “satınalma üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.