Cəmiyyət

19 Fevral

BANM tələbələrinin sosial və akademik inkişafına dəstək

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbəsinə təqaüd ayrılıb.

Finss.az - Təqaüd kartlarının təqdimolunması münasibətilə təşkil edilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirərək bu təşəbbüsün tələbələr üçün böyük motivasiya olduğunu vurğulayıb.

Sonra tələbə Mehri Məmmədli çıxış edərək bu təqaüdün onlar üçün əlavə stimul olduğunu qeyd edib.

Daha sonra tələbələrə təqaüd kartları təqdim edilib.

Tədbir çərçivəsində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanova "Fəxri qonaq" plaketi təqdim edilib.