Finss.az - SAMT "HR Generalist" vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İnsan resursları əməliyyatlarının gündəlik idarə olunması: əmək haqqı, sosial təminatlar, məzuniyyətlərin qeydiyyatı və monitorinqi, əmək müqavilələrinin hazırlanması, yenilənməsi və xitam proseslərinin həyata keçirilməsi.
- SİMA və ƏMAS sistemlərində işçi məlumatlarının düzgün və vaxtında daxil edilməsi, məlumatların müntəzəm yenilənməsi və idarə olunması.
- İşçi məlumatlarının düzgün və vaxtında qeydiyyatı, HR sistemlərinin idarə olunması və müntəzəm olaraq məlumatların yenilənməsi.
- İnsan resursları ilə bağlı müxtəlif statistik məlumatların toplanması, təhlili və mütəmadi olaraq rəhbərliyə hesabatların hazırlanması.
- Excel proqramında mürəkkəb cədvəllər, pivot cədvəllər, formulalar və makrolardan istifadə etməklə məlumatların təhlili və vizuallaşdırılması.
- İşçi performansının və təlim proqramlarının izlənməsi üçün xüsusi izləmə sistemləri və hesabatlar hazırlamaq.
- İşçi münasibətləri ilə bağlı məsələlərin vaxtında aşkarlanması və rəhbərliyə hesabat verilməsi.
- Təlimlərin təşkili və monitorinqi, işçi təlim izləmə cədvəllərinin yaradılması və aparılması.
- Komanda daxilində əməkdaşlıq və müxtəlif şöbələrlə effektiv kommunikasiya təmin etmək.
- Universitetlər, əmək yarmarkaları, kənar işə götürənlər və ənənəvi çap və internet elanları daxil olmaqla, müxtəlif vasitələrlə işə qəbul strategiyasını həyata keçirmək; reklam yazmaq və yerləşdirmək; ekran və müsahibə, Ərizəçilərin İzləmə Verilənlər Bazasını yaratmaq və saxlamaq.
Tələblər:
- İnsan Resursları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- HR sertifikatları üstünlükdür.
- İnsan Resursları üzrə əməliyyat işlərində minimum 3 il praktiki və dərindən təcrübə; əmək haqqı, sosial təminatlar, məzuniyyətlərin idarə olunması, müqavilələrin hazırlanması, işə qəbul və xitam proseslərinin dəqiq və səmərəli icrası.
- SİMA və ƏMAS sistemlərində işləmə təcrübəsi və sistemlərin gündəlik əməliyyatlarını idarə etmə bacarığı.
Tələb olunan biliklər:
- Microsoft Excel proqramında yüksək səviyyədə bilik və bacarıq (pivot cədvəllər, VBA/makrolar, mürəkkəb formulalar və s.) ilə məlumatların analiz və hesabatların hazırlanması.
- Analitik düşüncə və problem həll etmə bacarığı ilə məlumatların təhlili və vaxtında, dəqiq hesabatların hazırlanması.
- Əla təşkilati və kommunikasiya bacarıqları; komandada və müxtəlif şöbələrlə uğurlu əməkdaşlıq.
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı.
- Məxfilik prinsiplərinə ciddi riayət etmək bacarığı.
- Proaktiv yanaşma və potensial problemləri qabaqcadan görmək bacarığı
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ( [email protected] ) ünvanına göndərə bilərlər.
