Finss.az - Veysəloğlu-Rossmann "Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əməliyyat kassasının gündəlik fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq
- Nağd mədaxil və məxaric əməliyyatlarını mövcud daxili qaydalara uyğun icra etmək
- Kassa qəbzləri, xərclər və petty cash əməliyyatlarını düzgün aparmaq, sənədləşdirmək və uçotunu həyata keçirmək
- Nağd vəsaitin qəbulunu və uçotunu aparmaq, bank depozitləri üçün tələb olunan sənədləri vaxtında və düzgün hazırlamaq
- Inkassasiya prosesini (outsourced CIT) təşkil etmək, inkassasiya sənədlərini hazırlamaq, təhvil-təslim aktlarını yoxlamaq və prosesi izləmək
- Nağd vəsait üzrə müəyyən edilmiş limitlərin, daxili prosedur və nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək və pozuntuların qarşısını almaq;
- Kassada olan faktiki nağd vəsaitin uçot məlumatları ilə uyğunluğunu təmin etmək, gündəlik və dövri yoxlamalar aparmaq;
- Nağd əməliyyatlar zamanı risklərin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Namizədə tələblər:
- Ali təhsil(Maliyyə, mühasibatlılıq).
- Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1-2 il iş təcrübəsi.
- Yaxşı səviyyədə MS Excel biliyi
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.
