Cəmiyyət

12 Fevral

Layihə meneceri (Tikinti sektoru) - VAKANSİYA

Finss.az - Maikon MMC "Layihə meneceri (Tikinti sektoru)" vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • İnşaat layihələrinin planlaşdırılması, icrası və təhvil verilməsində tam məsuliyyət daşımaq
  • Layihə üzrə vaxt, büdcə və resurs planlamasını hazırlamaq və nəzarətdə saxlamaq
  • Elektrik, memarlıq, santexnik və digər mühəndislik istiqamətləri üzrə işlərin koordinasiyasını təmin etmək
  • Sahədə görülən işlərin texniki normativlərə və təhlükəsizlik qaydalarına uyğunluğunu yoxlamaq
  • Subpodratçılar və təchizatçılarla danışıqlar aparmaq, müqavilə şərtlərinə nəzarət etmək
  • Material və avadanlıqların düzgün seçimi, sifarişi və vaxtında çatdırılmasına nəzarət
  • Layihə risklərini əvvəlcədən müəyyən etmək, risklərin idarə olunması planını hazırlamaq
  • Komandanın iş bölgüsünü düzgün təşkil etmək və performansına nəzarət etmək
  • Keyfiyyətə nəzarət mexanizmlərini tətbiq etmək və mümkün texniki problemləri operativ həll etmək
  • Müştəri və rəhbərliklə mütəmadi kommunikasiya aparmaq, hesabatlar təqdim etmək
  • Texniki sənədlərin, çertyoj və AutoCAD planlarının yoxlanılması və təsdiqi
  • Layihənin maliyyə effektivliyini qorumaq və əlavə xərclərin qarşısını almaq
  • Layihənin mərhələli şəkildə audit və yoxlamalara hazır vəziyyətdə saxlanılması

Namizədə dair tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • İnşaat Universitetini bitirən məzunlarına üstünlük veriləcəkdir
  • İnşaat sektorunda minimum 10 il sahə təcrübəsi
  • Elektrik, memarlıq, santexnik və digər mühəndislik istiqamətlərində praktik bilik
  • Ofis, kommersiya, retail və yaşayış binalarının daxili tamamlama işlərinin idarə olunmasında təcrübə üstünlükdür
  • Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
  • Subpodratçıların seçilməsi və idarə olunması sahəsində təcrübə
  • Büdcə planlaması və xərclərə nəzarət bacarığı
  • Texniki sənədləri, smeta və çertyojları oxuma və analiz etmə bacarığı
  • Microsoft Office, AutoCAD proqramlarında işləmə bacarığı (digər mühəndis proqramları üstünlükdür)
  • İngilis dilini səlis bilmək 
  • Güclü liderlik və komanda idarəetmə bacarığı
  • Stress altında qərarvermə və operativ problem həll etmə bacarığı
  • Yüksək məsuliyyətlilik və nəticə yönümlü yanaşma

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ telefon və nömrə 
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 3000+ AZN (müsahibə zamanı namizədin bilik və bacarığına əsasən danışılacaq)

Uyğun namizədlər öz CV-lərini “Layihə meneceri (Tikinti sektoru)” başlığı ilə göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.