Finss.az - Avensol MMC şirkəti layihələrin smeta və planlama mərhələsində iştirak etmiş, işçilik, mexaniki və elektrik istiqamətləri üzrə kommersiya paketləri hazırlamaq təcrübəsinə malik "Aparıcı Satınalma və Təchizat Mütəxəssisi (Neft və Qaz)" axtarır.
Vəzifə öhdəlikləri:
- Layihələrin ilkin büdcələmə mərhələsində işçilik, mexaniki və elektrik istiqamətləri üzrə paketlərin hazırlanması, bazar əsaslı qiymətlərin formalaşdırılması və kommersiya təkliflərinin hazırlanması
- Təchizatçılardan təkliflərin toplanması, müqayisəli təhlilin aparılması və qiymət cədvəllərinin hazırlanması
- Rəqabətli və əsaslandırılmış qiymət strategiyasının müəyyən edilməsi
- Şirkətin satınalma/təchizat zənciri ehtiyaclarının qarşılanması;
- Layihə və mühəndislik komandaları ilə koordinasiya
- Satınalma prosesinin başdan sona qədər idarə olunması.
Tələblər:
- Neft və Qaz sahəsində minimum 5 il müvafiq təcrübə
- Ali təhsil
- Layihə əsaslı işçilik, mexaniki və elektrik paketlərinin hazırlanması bacarığı
- Bazar qiymətləri üzrə məlumatlılıq və güclü kommersiya düşüncəsi
- İngilis dili biliyi (yazılı və şifahi)
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.
