Finss.az - Massi "Kredit mütəxəssisi" vəzifəsinə vakansiya elan edir.
İcra edəcəyi iş:
- Aylıq ödənişi gecikən müştərilər ilə mütəmadi əlaqə saxlamaq və ödənişini ödəməyən müştərilərdən avtomobilləri təhvil almaq.
- Avtomobillərin saz vəziyyətdə qalmasını təmin etmək.
- Müştərilərin cərimə limitinə nəzarət etmək və limitə salınmasını tələb etmək əks halda avtomobili müştəridən götürmək.
- Kredit portfelinin keyfiyyətinə nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
- Şirkətin balansında olan nəqliyyat vasitələrini idarə etmək.
- Rayonlarda olan avtomobilləri götürmək üçün ezamiyəyə getmək.
- Lazım olduqda polis orqanlarına müraciət üçün şikayət məktubların və ərizələrin hazırlanması.
- Tələb olunan namizəd gülərüz və kollektivə tez uyğunlaşan, intizamlı, məsuliyyətli qabiliyyətlərə malik olmalı.
Tələblər:
- minimum - 3 il iş təcrübəsi
- Yol hərəkəti qaydalarını yaxşı bilmək
- Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
- Təşəbbüskar qərar qəbul etmə bacarığı
- Stresə davamlılıq
- bəy namizədlər.
- Yaş həddi: 27 - 45.
- Sürücülük vəsiqəsi mütləqdir.
İş şəraiti:
- Stabil iş
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq- (1500-2000 azn)
- Korporativ nömrə ilə təmin ediləcək.
- İş rejimi: 5 gün 09:30-dan 19:00-dək
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev 110. (Ariana Business Park)
Xahiş olunur yalnız kişi namizədlər CV-ni “Kredit mütəxəssisi” başlığı ilə göstərilən elektron poçt ([email protected]) ünvanına göndərsinlər.
