Finss.az - PASHA Insurance "Brend Marketinqi üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edir.
Strateji Brend və Reputasiya İdarəetməsi:
- Şirkətin brend strategiyasının, mövqeləndirməsinin (positioning) və dəyər təklifinin (value proposition) icrasında iştirak etmək;
- Korporativ kommunikasiya və Korporativ Sosial Məsuliyyət (CSR) təşəbbüslərinin brend strategiyası ilə uzlaşdırılmasına dəstək vermək;
- Brend vizyonunun daxili komandalara ötürülməsində və tətbiqində iştirak etmək;
- Brend sağlamlıq göstəricilərinin (Brand Health Tracking), media görünürlüğünün və rəqib mühitinin monitorinqində iştirak etmək, analitik hesabatlar hazırlamaq.
Brend İdarəetməsi və Korporativ Standartlar (Governance):
- Mövcud Brend Kitabçasına (Brand Guidelines) uyğunluğun təmin edilməsində iştirak etmək;
- Marketinq aktivlərinin (rəqəmsal, çap, video) və korporativ kommunikasiya materiallarının brend standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
- Bütün daxili və xarici təmas nöqtələrində (touchpoints) vahid brend kimliyinin qorunmasına dəstək vermək.
Kampaniya və Kommunikasiya:
- ATL/BTL brend kampaniyalarının və CSR layihələrinin planlaşdırılması və icrasında iştirak etmək;
- PR və media münasibətləri üzrə kommunikasiya fəaliyyətlərinə dəstək vermək;
- Kreativ, media və PR agentlikləri ilə işlərin koordinasiyasında iştirak etmək;
- Məhsul komandalarına kommunikasiya strategiyalarının qurulmasında dəstək göstərmək.
Metodologiya və Peşəkar İnkişaf:
- Marketinq və kommunikasiya üzrə ən yaxşı təcrübələrin tətbiqinə dəstək vermək;
- Kommunikasiya briflərinin hazırlanması və kreativ konsepsiyaların dəyərləndirilməsində iştirak etmək;
- Daxili komandalar arasında brend yönümlü yanaşmanın formalaşmasına töhfə vermək.
Maraqlı Tərəflərlə Əməkdaşlıq:
- Brend təşəbbüslərinin biznes hədəfləri ilə uyğunlaşdırılmasında iştirak etmək;
- Kampaniya nəticələri və brend göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək vermək.
Təhsil və ixtisas:
- Marketinq, Kommunikasiya, İctimaiyyətlə Əlaqələr, Biznesin İdarəedilməsi və ya əlaqədar sahə üzrə ali təhsil.
Təcrübə:
- Brend idarəetməsi, Marketinq Kommunikasiyaları və ya Korporativ Kommunikasiyalar sahəsində minimum 2–3 il praktiki təcrübə;
- Brend strategiyası və mövqeləndirmə üzrə iş təcrübəsi;
- ATL/BTL və rəqəmsal kanallarda inteqrasiya olunmuş kampaniyaların icrasında iştirak təcrübəsi;
- Brand Guidelines çərçivəsində iş təcrübəsi;
- Agentliklərlə əməkdaşlıq təcrübəsi.
Bilik və Bacarıqlar:
- Brend standartlarının tətbiqi və nəzarəti bacarığı;
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
- Analitik düşünmə və hesabatlılıq;
- Maraqlı tərəflərin idarəedilməsi bacarığı;
- Təqdimat hazırlama və təqdimetmə bacarıqları;
- Çevik (Agile) mühitdə işləmə bacarığı.
Üstünlükdür:
- PR və ya CSR layihələrinin idarə edilməsində təcrübə;
- Maliyyə və ya sığorta sektorunda iş təcrübəsi;
- Brend ölçmə alətləri ilə iş bacarığı.
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri.
