Finss.az - A.Y.S-60 MMC "Baş mühasib" vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri.
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.
- Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
- Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.
- Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
- Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.
- Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.
- Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.
- İdxal və istehsal olunmuş məhsulların maya dəyərinin hesablanması.
- Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.
- Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.
- Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.
- Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.
- Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.
Tələb olunanlar:
- Təhsil: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi).
- Tələb olunan iş təcrübəsi: mühasibatlıq sahəsində minimum 5-7 il,1 il rəhbər vəzifəsində.
- Vergi və Əmək qanunvericiliyi üzrə yüksək bilik səviyyəsi.
- Debitor-kreditor idarəçiliyi.
- Elektron hökumət portalı ilə işləmə bacarığı.
- 1C və digər proqramlar ilə yüksək işləmə bacarığı.
- MS Office (xüsusilə Excel bilikləri) – yüksək səviyyədə.
İş yeri: Abşeron rayonu, Mehdiabad qəsəbəsi.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.
Əlaqə: 070-579-72-73
