Finss.az - “Nur Collection” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 - 14:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)
Əsas Vəzifələr:
- İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim olunması
- İşçilərlə bağlı əmrlərin, arayışların, məktubların və digər sənədlərin hazırlanması
- İş yeri arayışlarının, əmək kitabçası və digər şəxsi sənədlərlə bağlı sorğuların cavablandırılması
- Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması
- İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı
- İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi
- abel uçotunun aparılması,Əmək haqqının hesablanması
- Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması
- İşə qəbul əməliyyatlarının həyata keçirilməsi
- İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq, nəticələndirmək və qanunvericiliyə müvafiq olaraq olaraq müəyyən edilmiş qaydada rəsmiləşdirmək
- Əmək haqqı kartlarını sifariş etmək
- Sorğu edilən və lazım olan arayışları hazırlamaq
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək
Namizədə tələblər:
- Ali təhsil: İnsan Resursları, Menecment, İqtisadiyyat və əlaqəli sahələr
- Minimum 3 il İR əməliyyatları sahəsində iş təcrübəsi (istehsalat və satış sahəsində təcrübənin olması əlavə üstünlükdür)
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bacarıq
- Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
- Yüksək dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı.
- Elektron hökumət portalları (ƏMAS, DMA, e-gov və s.) ilə işləmə bacarığı
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə, qeyd olunan elektron ([email protected]) ünvanına göndərə bilərlər.
