Cəmiyyət

10 Fevral

Maliyyə üzrə Mütəxəssis - VAKANSİYA

Finss.az - Zeytun Pharmaceuticals "Maliyyə üzrə Mütəxəssis" vəzifəsinə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (maliyyə ixtisası üzrə);
  • Təcrübə: minimum 3 il (maliyyə sahəsində);
  • Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;

Vəzifə öhdəliki:

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanmasına dəstək, əvvəlki dövrlərlə müqayisəli təhlilin aparılması
  • Debitor borcların 1C ERP sisteminə daxil edilməsi və uçot məlumatlarının düzgünlüyünə nəzarət
  • Satış bonuslarının hesablanması və müvafiq nəzarətin həyata keçirilməsi
  • Satış planlarının aylıq olaraq sistemə daxil edilməsi
  • Faktiki satış göstəricilərinin satış planları ilə qarşılaşdırılması
  • Satış əməkdaşları üzrə əmək haqqı və bonus fonduna nəzarət
  • Əmək haqqı üzrə düzəlişlərin yoxlanılması və təsdiq prosesinə nəzarət
  • Avans müraciətlərinin icrasında dəstəyin göstərilməsi
  • Daxili və xarici audit proseslərində iştirak və zəruri məlumatların təqdim edilməsi
  • Rəhbərlik tərəfindən verilən ad-hoc tapşırıqların icrası

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı 1300-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına ([email protected]) göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.