Cəmiyyət

10 Fevral

Hüquq məsləhətçisi - VAKANSİYA

Finss.az - Aviation Services Group "Hüquq məsləhətçisi" vəzifəsinə işçi axtarır.

Namizədə olan tələblər: 

  • Təhsili: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: Hüquq sahəsində 1 ildən az olmayaraq
  • Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək

Əlavə tələblər:

  • Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarını bilməsi (xüsusi olaraq: mülki, mülki-prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq).
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydaların bilməsi)

Vəzifə borcları:

  • Hüquq sahəsində müəssisənin əmək fəaliyyətini istiqamətləndirmək və mükəmmələşdirmək
  • Təsis sənədlərin hazırlanması və onlara dəyişikliklər edilməsini həyata keçirmək
  • İddialara cavab hazırlanması üçün təqdim edilməsi vacib olan sənədlərin  və materialların vaxtında verilməsinə nəzarət etmək
  • Hüquqi xarakterli sənədləri hazırlamaq və onların hazırlamasında iştirak etmək
  • Müəssisənin müqavilələrinin bağlanması işində iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək
  • Məhkəmələrdə və digər dövlət orqanları qarşısında müəssisənin maraqlarının təmsil edilməsi üçün zəruri sənədlərin hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: gündəlik (5 günlük iş həftəsi 09:00 – 18:00)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu 
  • Əmək haqqı: 1400 AZN nett
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma (Koroglu m/s dan).
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq məsləhətçisi" yazaraq qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərmələri xahiş olunur.