Finss.az - Avant Group "Memar (Sahə üzrə)" vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikilən obyektlərin kompleks layihələrinin memarlıq bölməsinin hazırlanmasında iştirak etmək
- Memarlıq və dizayn layihələrini oxumaq, iş paketlərinin hazırlanmasında köməklik göstərmək
- Layihə işlərinin müəyyən olunmuş müddətdə icrasına, keyfiyyət və səmərəlilik göstəricilərinə nəzarət etmək
- Layihə tapşırıqlarının qüvvədə olan normativ sənədlərə uyğunluğunu təmin etmək
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, tikinti istehsalının texnologiyasını və sahədə iş prinsiplərini bilmək
- İş həcmlərinin hesablanmasını aparmaq
- Layihələndirmə sənədlərinə əsasən sahədə icraya nəzarət etmək
- Dəyişikliklərin idarə olunması və texniki həll yollarının təklif edilməsi
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini həyata keçirmək
- İstifadə olunan tikinti materiallarının, konstruksiyaların və vitraj fasad elementlərinin layihə və texniki şərtlərə uyğunluğunu yoxlamaq
- Obyektlərdə ölçmə işlərini aparmaq və nəticələri elektron formata salmaq
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : Tikinti sahəsində sahə memarı kimi ən azı 3-5 il iş təcrübəsi;
- Layihə sənədlərindəki memarlıq rəsmlərini, detallarını, kəsik və fasad görünüşlərini dəqiqliklə və peşəkarlıqla təhlil edib oxuma bacarığı.
- AutoCAD, Archicad, SketchUp və ya digər memarlıq proqramlarında proqramlarında işləmə bacarığı
- Vitraj (şüşə fasad) sistemləri, fasad detalları və onların tətbiqi barədə məlumatlı olmaq;
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Fasad işləri üzrə oxşar layihələrdə iştirak etmiş olmaq üstünlükdür ;
Əlavə məlumat:
- İş qrafiki: 6/1, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 2200-2600 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sahə Memarı” yazaraq göstərilən mail ([email protected]) ünvanına göndərə bilərlər.
