Cəmiyyət

05 Fevral

Kiçik hüquqşünas -VAKANSİYA

Finss.az - TABİA Group "Kiçik hüquqşünasvəzifəsinə işçi axtarır.

Əmək funksiyası: 

  • Şirkətin təsis sənədlərində (ünvan, rəhbərlik, nizamnamə və s.) baş vermiş dəyişikliklərin rəsmiləşdirilməsi və müvafiq qaydada qeydə alınması;
  • Gündəlik müqavilə dövriyyəsinin idarə edilməsi, o cümlədən müqavilələrin hazırlanması, razılaşdırılması, qeydiyyatı;
  • Baş ofis və törəmə müəssisələrin satınalma, satış və digər mülki-hüquqi müqavilələrin hüquqi təhlilin aparılması və rəyin verilməsi;
  • Müəssisənin struktur bölmələrindən və tabe müəssisələrdən daxil olan hüquqi xarakterli sorğuları cavablandırılması;
  • Baş ofis və tabe müəssisələr üçün etibarnamələrin, məktubların, sorğuların, bildirişlərin və digər hüquqi xarakterli sənədlərin hazırlanması.
  • Məhkəmə işlərinin idarə edilməsi, o cümlədən iddia ərizələrinin, etirazların, vəsatətlərin və digər prosessual sənədlərin hazırlanması.
  • Şirkətin fəaliyyətinə təsir edən qanunvericilik dəyişikliklərin izlənilməsi və müvafiq qaydada şirkətin fəaliyyətində tətbiq edilməsi;
  • Əmtəə nişanlarının idarə edilməsi, şirkətin fəaliyyəti ilə bağlı zəruri icazə və lisenziyaların alınması, o cümlədən müraciətlərin hazırlanması, təqdim olunması və icrasının izlənilməsi.
  • Birbaşa rəhbəri tərəfindən verilmiş digər hüquqi tapşırıqların icra edilməsi.

Tələblər:

  • Təhsil: Müvafiq ixtisas üzrə ali təhsil;
  • İş təcrübəsi: Sahə üzrə  1-2  il.
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; 
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst;

Bilik və Bacarıqlar:

  • Azərbaycan Respublikası qanunvericiliyi ilə bağlı biliklər;
  • Yazılı və şifahi özünü ifadə etmək;
  • Təqdimat;
  • Planlama və təşkilatçılıq;
  • Təşkilati həssaslıq;

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.