Cəmiyyət

04 Fevral

İR üzrə Biznes Tərəfdaş - VAKANSİYA

Finss.az -  Company "İR üzrə Biznes Tərəfdaş" vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil müvafiq sahədə;
  • İR sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dili sərbəst, ingilis dili-yaxşı səviyyədə;
  • Microsoft Office  bilikləri- yüksək səviyyədə Excel bilikləri ;
  • Analitik düşüncə,hesabatlılıq səriştələri;
  • Əmək qanunvericiliyi bilikləri.

Əsas öhdəliklər:

  • Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.
  • Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi-daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək; 
  • Namizədlərlə ilkin müsahibələri keçirmək, müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək,müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
  • İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarət etmək;
  • Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
  • Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;
  • Görülən işlərlə bağlı  həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.

İş şəraiti:

  • İş yeri – NZS;
  • 6 günklük iş qrafiki, 6 cı günlər qısaldılmış iş günü;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı 1800-2000 Azn.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçt ünvanına ([email protected]) göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.