Cəmiyyət

03 Fevral

Büdcə Nəzarəti üzrə Aparıcı Mütəxəssis - VAKANSİYA

Finss.az -  Zeytun Pharmaceuticals "Büdcə Nəzarəti üzrə Aparıcı Mütəxəssis" vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
  • Departament, şöbə və filiallara xərc büdcəsinin hazırlanmasında dəstək göstərmək;
  • Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
  • Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
  • Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
  • Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil edilməsi;
  • Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
  • Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;
  • Qiymət əmələ gəlmə (cost) üzrə təhlillərin və nəzarətin icra edilməsi.

Tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Xarici dillər: Rus və İngilis dili arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office (Excel yüksək səviyyədə); 
  • Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

İş şəraiti:

  • İş yeri:  BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Karyera yüksəlişi imkanı.
  • Əmək haqqı: 1500-2000 AZN (Namizədin təcrübəsində asılı olaraq)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə qeyd olunan elektron ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.