Cəmiyyət

02 Fevral

Süni İntellekt üzrə Mütəxəssis - VAKANSİYA

Finss.az -  Prosys LLC "Süni İntellekt üzrə Mütəxəssis" vəzifəsinə işçi axtarır.

Namizədə olan tələblər:

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Süni intellekt / AI / Machine Learning sahəsində minimum 2 il təcrübə;
  • DeepSeek, OpenAI, LLaMA və ya oxşar LLM modelləri ilə real layihə təcrübəsi;
  • Prompt engineering bacarığı (mütləqdir);
  • Python (pandas, numpy, scikit-learn, PyTorch və ya TensorFlow);
  • REST API və mikroservis arxitekturası anlayışı;
  • Data preprocessing və feature engineering bilikləri;
  • Analitik düşüncə, problem həll etmə bacarığı və nəticəni aydın izah etmə bacarığı;
  • Git ilə işləmə vərdişi;
  • Agile və SCRUM haqqında biliklər;
  • Biznes və texnologiyanın tələblərini anlamaq;
  • Texniki tapşırıqların hazırlanması və onlar üzərində işləmə bacarığı;
  • Araşdırma və kommunikasiya bacarığı;
  • Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Texniki ingilis və rus dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi;
  • DeepSeek (LLM) əsasında sual–cavab sistemləri, ağıllı axtarış, sənəd analizi, AI agent və köməkçi sistemlərin qurulması;
  • System / user / tool promptların yazılması;
  • Promptların testləşdirilməsi və iterativ optimallaşdırılması;
  • Cavab keyfiyyətinin ölçülməsi və yaxşılaşdırılması;
  • GitHub Copilot ilə AI-assisted development (sürətli və keyfiyyətli kod yazılması);
  • RAG (Retrieval-Augmented Generation) sistemlərinin qurulması;
  • AI modullarının mövcud sistemlərə inteqrasiyası (ERP, FMS, DMS, TMS və s.);
  • Model performansının monitorinqi və optimallaşdırılması;
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (funksional spesifikasiyanın yazılması və yaradılması);
  • Arxitektura sxemlərinin, təsvirlərinin və sənədlərinin hazırlanması;
  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
  • Daim yeni texnologiyalar haqqında bilik sahibi olmaq;
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.

İş şəraiti:

  • İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə, bazar
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Süni intellekt üzrə mütəxəssis” yazaraq CV-lərini qeyd olunan elektron ([email protected]) ünvanına göndərə bilərlər.