Finss.az - Collezione Italia "Marketing şöbə Rəhbəri" vəzifəsinə işçi axtarır.
Vəzifə üzrə öhdəliklər:
- Şirkətin ümumi marketinq və rəqəmsal marketinq strategiyasının hazırlanması, kvartal və illik planların qurulması və icrasına nəzarət
- Sosial media kanalları və digər rəqəmsal platformalarda reklamların idarə edilməsi, həftəlik və aylıq brief-lərin hazırlanması və icrası
- Video və vizual kontentin konseptinin müəyyən edilməsi, kontent istehsal prosesinə nəzarət
- Şirkətin digital kanalları üçün aylıq kontent planının hazırlanması, bu kontent üzrə büdcə strategiyasının qurulması və reklamların yerləşdirilməsi
- Məhsul və kampaniyalar üzrə hədəf auditoriyasının düzgün müəyyən edilməsi, effektiv targetinqin qurulması və reklamların aktiv saatlarının optimallaşdırılması
- SEO, SEM, PPC kampaniyalarının planlanması, icrası və nəticələrinin təhlili
- Sosial media və digər rəqəmsal kanalların gündəlik idarə edilməsi və inkişaf etdirilməsi
- SMM komandasının idarə olunması, performansının artırılması və komandanın inkişafı
- Şirkətə məxsus saytın idarə olunması və optimallaşdırılması
- Google Analytics, Facebook Ads Manager, Google Ads və digər analitika və reklam platformalarının effektiv istifadəsi
- Rəqəmsal kanallar üzrə gələn trafikin ölçülməsi və analiz edilməsi
- Reklam büdcələrinin ROI (Return on Investment) əsaslı optimizasiyası
- Story və gündəlik paylaşımların vaxtında və düzgün icrasına nəzarət
- Müştəri davranışlarının və reklam nəticələrinin analitik alətlər vasitəsilə dərin təhlili
- Sosial media reklam strategiyasının qurulması, KPI-ların izlənməsi və optimallaşdırılması
- Komandanın işinin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət
- Həftəlik və aylıq reklam kampaniyaları üzrə analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Rəqəmsal marketinq trendlərinin davamlı izlənməsi və brend strategiyasına tətbiqi
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 5 iş günü, istirahət-şənbə və bazar günü
- İş saatı: 10:00-19:00
- Əmək haqqı namizədin bilik və bacarıqlaırna uyğun olaraq müəyyən ediləcək.
Tələblər:
- Premium seqmentdə mebel, santexnika, mətbəx avadanlıqları, qapı və parket və.s kimi məhsul kateqoriyaları üzrə iş təcrübəsi əhəmiyyətli üstünlük hesab olunur.
- Əla səviyyədə Azərbaycan və rus dili bilikləri
- "Copywriting" qabiliyyəti (Azərbaycan və rus dillərində)
- Bakalavr dərəcəsi mütləqdir
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti
Müraciət üçün: Şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketing şöbə Rəhbəri” sözlərini qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına ( [email protected] ) göndərsinlər.
