Finss.az - VERTEX "Texniki Sahə Nəzarətçisi (Site Supervisor)" vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Tikinti, təmir, elektrik, mexanika və HVAC işlərinin sahədə icrasına nəzarət etmək
- Layihə sahəsində işlərin texniki tələblərə və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək
- Sahə üzrə ölçmələrin aparılması, iş həcminin müəyyən edilməsi və smeta / BOQ hazırlanması
- Sahə işçilərinin və podratçıların gündəlik fəaliyyətinin koordinasiyası
- Layihə planına uyğun iş qrafikinin icrasına nəzarət etmək
- Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək
- Əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək
- Müştəri və daxili komanda ilə texniki koordinasiyanın aparılması
- Görülmüş işlər üzrə gündəlik və həftəlik hesabatların hazırlanması
- Sahədə yaranan texniki problemlərin və gecikmələrin vaxtında aradan qaldırılması
Tələblər:
- Tikinti, elektrik, mexanika və ya HVAC sahəsində ali və ya orta ixtisas təhsili
- Sahə nəzarətçisi / Site Supervisor vəzifəsində 8–10 il iş təcrübəsi
- Tikinti və təmir işləri üzrə praktik bilik
- Smeta və iş həcminin hesablanması bacarığı
- Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır
- MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD üstünlükdür
- Komanda ilə işləmək və sahə işlərini idarə etmək bacarığı
- İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydaları haqqında bilik
Təklif edirik:
- Əmək haqqı: 1800 AZN
- Rəsmi əmək müqaviləsi
- İş şəraitinə uyğun avadanlıq və texniki dəstək
- Peşəkar inkişaf imkanları
- Əlavə iş saatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənilməsi
Müraciət üçün:
Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Texniki Sahə Nəzarətçisi (Site Supervisor)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
