Finss.az - "Ensol" Düşərgə rəisi vəzifəsinə işçi axtarılır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Zığ qəsəbəsi
- İş rejimi: Gecə növbəsi
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində yerləşən düşərgədə ümumi nizam-intizamın və daxili qaydaların təmin edilməsi
- Gecə növbəsi ərzində düşərgə ərazisinin mütəmadi nəzarət altında saxlanılması
- Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət, şübhəli halların vaxtında aşkarlanması
- Fövqəladə hallarda (yanğın, qəza, mübahisə və s.) operativ və düzgün reaksiya verilməsi
- Düşərgə ərazisində yerləşən inventar və avadanlıqların qorunmasına nəzarət
- İşçi heyəti arasında yaranan mübahisələrin ilkin mərhələdə tənzimlənməsi
- Düşərgədə baş verən hadisələr barədə növbə jurnalı aparılması və rəhbərliyə mütəmadi məlumat verilməsi
- Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra olunması
Tələblər:
- Yaş həddi: 50 yaş və yuxarı
- Fiziki və psixoloji cəhətdən sağlam
- Məsuliyyətli, intizamlı və diqqətli
- Stressə davamlı, gecə növbəsində işləmək bacarığı
- Heyətlə işləmə və ünsiyyət bacarığı
Arzuolunan namizədlər:
- Mühafizə, nəzarət və ya rəhbərlik sahəsində təcrübəsi olan şəxslər
- Tikinti sahələrində və ya işçi düşərgələrində çalışma təcrübəsi olan şəxslər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını qeyd olunan elektron poçt ( [email protected] ) ünvanına, mövzu hissəsinə “Düşərgə rəisi” yazaraq göndərə bilərlər.
