Finss az - "BMY Caspian MMC" Layihə Planlama Mühəndisi vəzifəsinə işçi axtarır.
İş şəraiti:
- İş yeri: Badamdar, Bakı
- İş rejimi: Full-time
- Sahə: İnşaat/İzolyasiya layihələri
- Rəqabətə davamlı əməkhaqqı (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına görə təyin edilir) və Performans əsaslı bonus sistemi.
- İş saatları 9:00-18:00
İşin təsviri:
Layihələrin iş qrafikini qurmaq, resursların (vaxt və material) plan üzrə istifadəsini izləmək və icra zamanı gecikmələri vaxtında görüb yenidən planlamaq. Proses barədə rəhbərliyə təqdimat etmək.
Əsas vəzifələr:
- Layihələr üzrə iş qrafiklərini hazırlamaq və yeniləmək
- Layihə fəaliyyətlərini ardıcıllıqla planlamaq, kritik işləri və asılılıqları düzgün qurmaq
- Resurs (vaxt və material) planlaması aparmaq
Sahədən və layihə rəhbərlərindən alınan məlumatlar əsasında:
- Faktiki icranı izləmək
- Gecikmələri və riskləri müəyyən etmək
Gecikmə olduqda:
- Qrafiki yenidən planlamaq
- Səbəbləri müəyyən edib layihə komandası ilə müzakirə etmək
- Layihələr üzrə gündəlik və həftəlik icra hesabatlarını hazırlamaq və təqdim etmək
- İşlərin qrafik üzrə icrasını izləmək və planla uyğunluğunu yoxlamaq
- Layihə rəhbərləri və texniki otaqla koordinasiyalı işləmək
Tələblər:
- Təhsil: Mühəndislik, Tikinti, Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr
- İnşaat layihələrində minimum 2 il planlama və ya əlaqəli iş təcrübəsi
- MS Project və ya Primavera P6 proqramlarını əla səviyyədə istifadə etmək, müstəqil iş planları qurmaq.
- İngilis dilini səlis və ya yaxşı bilməlidir. Rus dili üstünlükdür
- AutoCAD üstünlükdür
- Analitik düşüncə və detallara diqqət
- Məsuliyyətli, sistemli və planlı işləmə vərdişi
- Komanda ilə işləmək və sahə ilə ünsiyyət qurmaq bacarığı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə Planlama Mühəndisi” qeyd etməklə göstərilən elektron poçt ( [email protected] ) ünvanına göndərə bilərlər.
