Cəmiyyət

28 Yanvar

Maliyyə Mütəxəssisi - VAKANSİYA

Finss.az -  "Mars Agro" şirkətinə Logo Ticari Proqramını bilən, maliyyə proseslərini tam şəkildə idarə edə biləcək "Maliyyə Mütəxəssisi" axtarılır.

İş Şərtləri:

  • İş qrafiki: Tam ştat
  • İş günləri: Həftədə 5 gün (Bazar ertəsi – Cümə)
  • İş saatları: 09:00 – 17:00
  • İş yeri: Bakı mərkəzi
  • Əmək haqqı: 1500 – 2500 AZN (təcrübəyə görə)
  • Əlavə üstünlüklər: Nahar yeməyi təmin olunur

Namizədə Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat, Biznesin idarə olunması və ya əlaqəli sahələr)
  • Logo Ticari Proqramı (Logo Go / Tiger / Netsis, 1C) üzrə praktiki iş təcrübəsi
  • Maliyyə və ya mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək (hesabat və analiz bacarığı)
  • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini bilmək
  • Analitik düşüncə, diqqətlilik və məsuliyyət
  • Vaxtın düzgün idarə olunması və hesabatlılıq bacarığı

Vəzifə Öhdəlikləri:

  • Gündəlik nağd pul axınının, kassa və bank əməliyyatlarının aparılması
  • Gəlir–xərc uçotu, büdcələşmə və maliyyə planlaşdırılması
  • Logo proqramı üzərindən faktura, cari hesablar və bank əməliyyatlarının icrası
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Debitor və kreditor borclarının, cari hesab mutabıqələrinin aparılması
  • Vergi və digər dövlət ödənişlərinin vaxtında icrası
  • Rəhbərlik üçün maliyyə analizləri və hesabatların təqdim edilməsi
  • Zərurət olduqda auditor və mühasib firmalarla koordinasiya

Üstünlük Verilən Bacarıqlar:

  • Qrup şirkətlərində maliyyə idarəetmə təcrübəsi
  • Stoklu uçot və idxal–ixrac əməliyyatlarında təcrübə
  • Maliyyə risklərinin idarə edilməsi və xərclərə nəzarət bacarığı

Müraciət üçün: [email protected]