Finss.az - Xalq Bank "Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsi" vəzifəsi üzrə işçi axtarır.
Təsvir
- Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə əməliyyatların icrasını təmin etmək;
- Dövlət Fondlarının (ARİKZF, ABİF) vəsaiti hesabına verilmiş kreditlərin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ödəniş məlumatlarının (XML formatında) Bankın əməliyyat sisteminə yüklənməsini təmin etmək;
- Dövlət Fondları (ARİKZF, ABİF) ilə Bankın əməliyyat sistemində yarana biləcək uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- İpoteka və fond kreditləri üzrə faizlərin Bankın əməliyyat sistemində düzgün hesablanmasına nəzarət etmək, ödənişlərin icrasından sonra yarana biləcək uyğunsuzluqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək.
- Bankın əməkdaşlıq etdiyi Fondlardan daxil olan vasaitlərin müxabirləşdirilməsi üzrə əməliyyatları icra etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Maliyyə və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilinin olması;
- Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi (ARİKZF və ABİF ilə iş təcrübəsi arzuolunandır)
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Bank hesabları üzrə məlumatlı olması
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Xarici dil bilikləri arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təhsil Magistr
Müraciət üçün: //jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-hesablasmalar-idaresinin-hesablasmalar-sobesi-62037?source=JobSearch
