Cəmiyyət

26 Yanvar

Proqram təminatı üzrə aparıcı mütəxəssis - VAKANSİYA

Finss.az -  İcbari Sığorta Bürosu proqram təminatı üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri 

  • Şirkətin korporativ veb sistemlərinin frontend hissəsinin inkişafında iştirak 
  • React əsaslı tətbiqlərin hazırlanması və mövcud modulların inkişaf etdirilməsi 
  • UI komponentlərinin reuse edilə bilən (təkrar istifadə olunan) şəkildə hazırlanması 
  • Backend komandası ilə birgə API inteqrasiyalarının həyata keçirilməsi 
  • Mövcud kod bazasının təkmilləşdirilməsi və qismən refaktorinqin aparılması 
  • Texniki standartlara uyğun development prosesinin icrası 
  • Vite və Webpack kimi frontend yığıcı (build) alətlərindən istifadə 
  • Çevik metodologiyaların tətbiqi (Agile, Scrum) 
  • Sistem performansının artırılması məqsədilə cache texnologiyalarından (Redis) istifadə 

Namizədə tələblər 

  • Minimum 3+ il frontend development təcrübəsi 
  • Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqədar sahələr) 
  • JavaScript (ES6+), TypeScript, HTML5, CSS3 (Tailwind CSS və ya Bootstrap) üzrə yaxşı bilik 
  • CSS preprocessors ilə iş təcrübəsi (SASS, SCSS, LESS) 
  • React ilə minimum 1.5–2+ il real layihə təcrübəsi 
  • Hooks və component əsaslı arxitektura anlayışı 
  • State management həllərindən ən azı biri ilə iş təcrübəsi (Redux, Zustand və s.) 
  • REST API-lərlə işləmə təcrübəsi 
  • Git versiya nəzarət sistemi ilə işləmə bacarığı 
  • Clean code prinsiplərinə uyğun, oxunaqlı komponentlər yazmaq vərdişi 
  • Linux əməliyyat sistemləri üzrə proqramçı səviyyəsində biliklər (Apache/Nginx konfiqurasiyaları, layihənin Linux mühitində deploy edilməsi üzrə anlayış) 

Üstünlük sayılan biliklər 

  • Vue.js 
  • Next.js 
  • Basic performance optimization anlayışı 
  • Testing alətləri ilə ilkin təcrübə (Jest, RTL və s.) 

Dil bilikləri 

  • Azərbaycan dili – əla 
  • İngilis dili – yaxşı 
  • Rus dili – arzuolunandır 

Yumşaq bacarıqlar 

  • Analitik düşüncə və problem həll etmə bacarığı 
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı 
  • Diqqətlilik və məsuliyyətlilik 
  • Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı 

Məlumat üçün linkə daxil olun