Cəmiyyət

26 Yanvar

Direktor (Poliqrafiya) vəzifəsi üzrə VAKANSİYA

Finss.az - Kseroks.Az (mətbəə, promo, reklam) şirkəti "Direktor (Poliqrafiya)" vəzifəsi üzrə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Çap proseslərinin planlanması, icrasına nəzarət, çap işlərinin sifarişdən təhvilə qədər tam dövr üzrə idarə olunması;
  • Reklam və promo məhsulların istehsalı, sifariş prosesinin idarə edilməsi, layihələrinin vaxtında və keyfiyyətli icrasına nəzarət;
  • Reklam və brendləşmə layihələrinin texniki tapşırıqlarının hazırlanması, vizual və texniki həllərin təqdim edilməsi, dizayn – istehsal uyğunluğunun yoxlanılması və idarə olunması;
  • Müştərinin brend tələbinə uyğun material və məhsul seçiminin təşkil edilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, qiymət razılaşmaları və təchizat prosesinin koordinasiyası;
  • Xammal ehtiyatlarının planlanması və təmin edilməsinə nəzarət;
  • Satış strategiyasının hazırlanması və satış hədəflərinin icrasına nəzarət;
  • Satış və marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə nəzarət;
  • Müştəri bazasının genişləndirilməsi, korporativ müştərilərlə danışıqların aparılması;
  • İş axınlarının (istehsal – sifariş – təhvil – ödəniş) optimallaşdırılması;
  • Xərclərin və resursların səmərəli idarə edilməsi;
  • Komanda üzvlərinin (satış, dizayn, istehsal) işinin koordinasiyası, idarə olunması, onların motivasiyası və inkişaf planlarının hazırlanması;
  • Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
  • Aylıq satış və əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlil edilməsi.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)
  • İş təcrübəsi: 
  • Mətbəə, promo və ya reklam sahəsində ümumi 5 il iş təcrübəsi;
  • Mətbəə, promo, reklam sahəsində rəhbər və ya aparıcı vəzifələrdə minimum 3 il iş təcrübəsi. 

Tələb olunan bilik və bacarıqlar:

  • İstehsal proseslərinin idarə edilməsi bacarığı;
  • Satış proseslərinin idarə edilməsi bacarığı;
  • Strateji düşünmə və analitika bacarığı;
  • Komanda idarəçiliyi və liderlik bacarığı;
  • Layihələrin idarə edilməsi bacarığı;
  • Planlama bacarığı;
  • Analiz və qərarvermə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Hesabatlılıq bacarığı;
  • MS Excel bilikləri;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).

Təklif edirik:

  • Əmək haqqı: 2000-2500 AZN (Sabit Maaş + Mənfəətdən Faiz)
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

Müraciət qaydası:

[email protected]

Əlaqə nömrəsi: 070 751 51 80

Ünvan: Azadlıq pr. 18 (28 May m/s); Elmlər Akademiyası, Zahid Xəlilov 553.