Cəmiyyət

23 Yanvar

İşğaldan azad edilmiş ərazilərdə ümumi 73 514 nəfər yaşayır, işləyir və təhsil alır

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 01.01.2026-cı il tarixədək 26 014 nəfər geri qayıdıb.

Finss.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində yer alıb.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 514 nəfərə çatıb.

Fuad Mədətov
Finss.az