Finss.az xəbər portalı fəaliyyətini genişləndirmək məqsədilə Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya reklam və media satışları sahəsində çalışmaq, müştəri portfelini genişləndirmək və satış strategiyalarının icrasında iştirak etmək istəyən namizədlər üçün nəzərdə tutulub. Satış meneceri reklam tərəfdaşları ilə əməkdaşlıq quracaq, kommersiya təklifləri hazırlayacaq və satış hədəflərinin icrasına cavabdeh olacaq.
Vəzifə öhdəlikləri:
- Reklam və media məhsullarının satışı
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafı
- Satış planlarının hazırlanması və icrası
- Kommersiya təkliflərinin hazırlanması
Namizədlərə tələblər:
- Satış və ya media sahəsində iş təcrübəsi üstünlükdür
- Ünsiyyət və təqdimat bacarıqları
- Nəticəyönümlü və məsuliyyətli yanaşma
- Komanda ilə işləmək bacarığı
Finss.az təklif edir:
- Rəqabətqabiliyyətli əmək haqqı
- Bonus və motivasiya sistemi
- Peşəkar media mühitində iş imkanı
- Karyera yüksəlişi perspektivi
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçtunun mövzu hissəsinə "SATIŞ MENECERİ" yazmaqla təqdim edə bilərlər.
