Finss.az xəbər portalı redaksiya komandasını genişləndirmək məqsədilə Müxbir vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya media sahəsində peşəkar fəaliyyət göstərmək, aktual iqtisadi, maliyyə və sosial mövzularda xəbərlər hazırlamaq istəyən namizədlər üçün nəzərdə tutulub. Müxbir gündəlik xəbər axınının operativ şəkildə hazırlanmasında, rəsmi qurumların məlumatlarının təhlilində və eksklüziv materialların ərsəyə gətirilməsində iştirak edəcək.
Vəzifə öhdəlikləri:
- Gündəlik xəbərlərin hazırlanması və redaktəsi
- Rəsmi mənbələrdən məlumatların toplanması
- Analitik və müsahibə formatlı materialların yazılması
- Operativlik və xəbərlərin düzgün təqdim olunması
Namizədlərə tələblər:
- Azərbaycan dilində səlis yazı bacarığı
- Media və ya jurnalistika sahəsində minimum 3 il təcrübə üstünlükləri
- Operativlik, məsuliyyət və analitik düşüncə
- İnformasiya mənbələri ilə işləmək bacarığı
Finss.az təklif edir:
- Peşəkar media mühitində iş imkanı
- Karyera inkişafı perspektivi
- Dinamik və yaradıcı komanda
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçtunun mövzu hissəsinə "MÜXBİR" yazmaqla təqdim edə bilərlər.
