Cəmiyyət

09 Yanvar

Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb

Finss.az - 2025-ci ildə Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzununa dünyanın nəhəng enerji şirkətlərindən biri olan bp şirkəti tərəfindən iş təklifi olunub.

Onlardan 13 nəfəri artıq şirkətdə işə başlayıb. bp-də işə başlayan 13 nəfərdən 11-i BANM-in 2025-ci il məzunu, 2-si isə V kurs tələbəsidir.

Bundan əlavə, ötən il bp-də təcrübə proqramında iştirak edən tələbələrimizə də iş təklifi olunub. Həmin tələbələr Neft-qaz mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar.

Qeyd edək ki, ümumilikdə BANM-in 100-dən çox məzunu bp-də müxtəlif vəzifələrdə çalışır.