Cəmiyyət

05 Yanvar

“Mənim şəhidim, mənim qəhrəmanımdır” mövzusunda müsabiqənin qalibləri müəyyən olunub

Yanvarın 3-də “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubu birgə təşkilatçılığı ilə keçirilən “Bir inşa, bir xatirə, bir qəhrəman!” layihəsi çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin yekun tədbiri baş tutub.

Finss.az xəbər verir ki, təltifetmə mərasimində qalib şagirdlərlə yanaşı, onların valideynləri və müəllimləri də təşəkkürlə mükafatlandırılıb.

“Mənim şəhidim, mənim qəhrəmanımdır” mövzusunda təşkil edilən müsabiqə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid xatirəsinin yaşadılması və milli-mənəvi dəyərlərin təbliği məqsədini daşıyıb. Tədbirdə millət vəkilləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, şagirdlər, valideynlər və media nümayəndələri iştirak edib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, qaliblər aşağıdakı kimi müəyyən olunub:

  1. I yer – Gülbahar İbrahimli
  2. II yer – Məryəm Bağırzadə
  3. III yer – Fidan Nəbili
  4. IV yer – Rüqayya Vəlizadə
  5. V yer – Mərhab Əliyev
  6. VI yer – Nərgiz Mehtiyeva
  7. VII yer – Asena Sadıqova
  8. VIII yer – Cavidan Nəbili
  9. IX yer – Dəniz Mirzayeva
  10. X yer – Məhəmməd Həsənov
  11. XI yer – Nuray Əliyeva
  12. XII yer – Yağmur Abdullayeva
  13. XIII yer – Mehman Tarverdiyev
  14. XIV yer – Nurlana Xəlilova
  15. XV yer – Nurəddin Abdullayev

Tədbirdə media nümayəndələri də təltif olunub:

Xəyalə Məmmədova, Sevinc Kərimova, Emin Nəbili, Pərvin Kazımoğlu, Orxan Əliyev, Rəşad Bayramov, Orxan Kərimov, Ariz Əhədov, Sabuhi Vaqifoğlu, Fuad Mədətov, Bəhruz Məmmədov, İlqam Cəbiyev, Emin Fərzəliyev, Tural Hüseynov, Amil İbişov, Aslan Abbaszadə, Elvin Məmmədov, Ramin Məmmədov, Mikayıl Mirzəzadə.

Layihə rəhbəri çıxışında sponsor təşkilatlara – “Azərkənaf”, “Maiden Tower Perfume” və “Səttar Art” – təşəkkürünü bildirib.

Qeyd olunur ki, “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubu milli-mənəvi dəyərlərin qorunması, şəhid xatirəsinin yaşadılması və vətənpərvər gəncliyin formalaşdırılması istiqamətində bu kimi layihələrin davam etdirilməsini planlaşdırır.