Cəmiyyət

08 phrase_var_core.december

Texniki reqlament layihələri ictimai dinləməyə çıxarıldı

Finss.az - Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən partlayış təhlükəli mühitlər üçün avadanlıqlar, partlayıcı maddələr və məmulatlar, izafi təzyiq avadanlıqları, fərdi və yanğından mühafizə vasitələrinə dair texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 9 dekabr 2025-ci il, saat 10:00-da “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış “Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında”, “Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”, “İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında”, "Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər haqqında", “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında”, “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” və “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə //bit.ly/3MhJ2hr linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər:

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (//competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib.