Cəmiyyət

08 phrase_var_core.december

Bayram günlərində rayonlararası əlavə qatar reysləri fəaliyyət göstərəcək - ADY

ADY Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

Finss.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki,

  • 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı
  • 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı
  • 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı
  • 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı

marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.