Cəmiyyət

06 Avqust

AzerGold ASC hüquq şöbəsinə şöbə müdiri vakansiyası

Finss.az - AzerGold ASC Hüquq şöbəsinin Şöbə müdiri vəzifəsi üçün vakansiya açıqdır.

AzerGold ASC hüquq sahəsində təcrübəli və idarəetmə bacarığı olan mütəxəssis axtarır. Şöbə müdiri Cəmiyyətin hüquqi fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil etmək, müqavilələrin hazırlanması və icrasına nəzarət etmək, hüquqi ekspertizalar aparmaq və hüquqi riskləri qiymətləndirmək kimi əsas vəzifələri həyata keçirəcək.

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və əməkdaşların işini əlaqələndirmək;

  • Hüquqi sənədlərin hazırlanması, yoxlanılması və icrasına nəzarət etmək;

  • Dövlət orqanlarından gələn qanun layihələri və normativ aktlara baxış keçirərək təkliflər vermək;

  • Satınalma prosesinə hüquqi dəstək göstərmək;

  • Cəmiyyətin maraqlarını məhkəmələrdə qorumaq;

  • Daxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək.

Tələblər:

  • Ali hüquq təhsili;

  • Ümumi iş təcrübəsi ən azı 8 il, hüquq sahəsində 6 il, idarəetmə təcrübəsi 4 il;

  • Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;

  • Microsoft Office proqramlarında işləmək bacarığı;

  • Məsuliyyətli, nəticəyönümlü, liderlik keyfiyyətlərinə malik olmaq.

İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00, nahar fasiləsi 13:00–14:00.

Əlavə üstünlüklər:

  • Beynəlxalq və yerli təlimlərdə iştirak;

  • İdman mərkəzlərindən limitsiz istifadə;

  • Nəqliyyat xidməti;

  • Rəqabətli əmək haqqı sistemi.

Vakansiyaya müraciət üçün buraya daxil olun.