Cəmiyyət

06 Avqust

Azərbaycanda maliyyə üzrə mütəxəssis vəzifəsinə iş elanları

Finss.az - Bakı və Abşeron bölgəsində fəaliyyət göstərən müxtəlif şirkətlər maliyyə üzrə təcrübəli mütəxəssislər axtarır. Vakansiyalar arasında maaş təklifi 600 manatdan başlayaraq 2000 manata qədər yüksəlir.

“Mazarina Trade Company” maliyyə üzrə 3 illik iş təcrübəsi olan, analitik düşüncə qabiliyyətinə və yüksək səviyyəli Excel biliklərinə malik mütəxəssislər axtarır. Vakansiya üçün əmək haqqı 1500–2000 AZN aralığındadır. Şirkət əlavə olaraq 6 aydan sonra könüllü tibbi sığorta ilə təminat imkanı da təqdim edir. Müraciət üçün e-mail: [email protected].

“Nur Collection” MMC isə Abşeron rayonunda yerləşən ofisində maliyyə sənədlərinin hazırlanması, hesabatların təqdim olunması və əmək haqqı hesablamalarını icra edə biləcək əməkdaş axtarır. Əmək haqqı 600–800 AZN aralığındadır. İş təcrübəsi ən azı 1 il olan və Excel, 1C proqramlarında işləyə bilən namizədlər üçün müraciət ünvanı: [email protected].

“A Plus Supermarketlər şəbəkəsi” maliyyə sahəsində 3 ildən artıq təcrübəyə malik olan, Excel və 1C proqramlarına bələd namizədlərlə əməkdaşlıq etmək niyyətindədir. İş yeri Bakıxanov qəsəbəsində yerləşir, əmək haqqı isə 1500–2000 AZN təşkil edir. Müraciətlər [email protected] ünvanına göndərilə bilər.

“Gemza Group” isə maliyyə analizləri, büdcə planlaması və Power BI kimi alətlərlə işləmə bacarığı olan analitikləri komandaya dəvət edir. Şirkət həmçinin SQL və vizual hesabatlar sahəsində biliklərə malik namizədlərə üstünlük verir. Maraqlananlar [email protected] ünvanına CV göndərə bilərlər.