Finss.az - Azərbaycanda satış sahəsində rəhbər vəzifələr üzrə yeni vakansiyalar elan olunub. Müxtəlif sektorları təmsil edən şirkətlər təcrübəli və idarəetmə bacarığına malik namizədlərə ehtiyac duyur. Elan olunan vakansiyalar satış proseslərinin təşkili, komanda idarəçiliyi və strateji yanaşma tələb edir.
Paytaxtın Ağ şəhər ərazisində fəaliyyət göstərən Şam-Fi MMC satış müdiri vəzifəsinə işçi axtarır. Namizədlərdən bu sahədə azı üç il rəhbərlik təcrübəsi, şəxsi avtomobil və ərazi biliyi tələb olunur. İşəgötürən, eyni zamanda satış nöqtələrinin gündəlik ziyarətinə nəzarət etməyi, məhsul stoklarını təhlil etməyi və satışın artırılması istiqamətində təşəbbüskar addımlar atmağı gözləyir. Müraciət üçün elektron poçt ünvanı ([email protected]) olaraq göstərilib.
HoReCa sektoru üzrə fəaliyyət göstərən Camal LTD də satış rəhbəri axtarışındadır. Şirkət 3 ildən 6 ilə qədər təcrübəsi olan, azərbaycan, rus və ingilis dillərini yaxşı bilən, şəxsi avtomobili olan namizədlərə üstünlük verir. Yeni məhsulların təqdimatı, satış təhlili və əsas müştərilərlə danışıqlar bu vəzifənin əsas istiqamətlərindəndir. Vakansiya üzrə müraciətlər ([email protected]) ünvanına göndərilə bilər.
Əczaçılıq sahəsində ixtisaslaşmış Zeytun Pharmaceuticals isə ali tibbi təhsilli, beş illik sahə təcrübəsi olan və xüsusilə rus dili biliklərinə sahib olan satış rəhbəri axtarır. Şirkət satış strategiyasının hazırlanması, məhsul tanıtımı və rəqabət analizləri kimi sahələrdə təşəbbüskar və strateji düşüncəyə malik kadrlarla əməkdaşlıq etmək niyyətindədir. Müraciət üçün əlaqə ünvanı ([email protected]) olaraq qeyd edilib.
Bu elanlar satış sahəsində karyerasını davam etdirmək və rəhbər mövqedə işləmək istəyən peşəkarlar üçün aktual imkanlar təqdim edir.