Cəmiyyət

25 İyul

Ölkədaxili və Abşeron dəmir yolu marşrutlarında sərnişin sayı 32% çoxalıb

2025-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşımalarını ötən ilin eyni dövrü ilə müqayisədə 32% artırıb.

Finss.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında sərnişin daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 4 648 444 nəfərə çatıb.

2024-cü ilin ilk altı ayında bu göstərici 3 850 341 nəfər təşkil edib

Fuad Mədətov
Finss.az