Səadət İsmayılova 7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni" QSC-də İcraya nazarət va sənədlərlə iş departamentinin rəisi vəzifəsinə təyin edilib.
Finss.az xəbər verir ki, Səadət İsmayılova 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-2004-cü illərdə isə magistratura pillələrini bitirib.
Beynəlxalq səviyyəli layihə rəhbəri kimi "IPMA Level C - Certified Project Manager" statusuna malikdir. 2020-ci ildən Mediasiya Şurasının üzvü, eyni zamanda Şuranın İxtisas Komissiyasının sədridir.
Əmək fəaliyyətinə 2005-ci ildən başlayan Səadət İsmayılova Azarbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kadrlar idarəsində məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib, kiçik ədliyyə müşaviri xüsusi rütbəsində olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə müəllim kimi fəaliyyət göstərib.
2018-2025-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq idarəsinin aparıcı hüquqşünası, Təchizat departamentinin Hüquqi təminat və sənədlərlə iş şöbəsinin rəisi vəzifələrində, o cümlədən 2020-ci ildən Cəmiyyətin sədr müavininin məsləhətçisi işləyib. 2025-ci ilin may ayında "Bakı Metropoliteni" QSC-də Sədrin icraçı ofisinin rəis müavini vəzifəsinə təyin edilib.
7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni" QSC-də İcraya nazarət va sənədlərlə iş departamentinin rəisi vəzifəsinə təyin edilib.