Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin ilk altı ayında 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirlikdən verilən məlumata görə, bu şəxslərdən:
-
74 min nəfər daimi və müvəqqəti işlə təmin olunub,
-
9,8 min nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmaq imkanı əldə edib,
-
6,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib,
-
139,6 min nəfərə isə peşəyönümü xidmətləri göstərilib.
