Cəmiyyət

21 phrase_var_core.june

AAYDA-ya bağlı MMC-yə yeni direktor təyin olundu

Finss.az - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni rəhbər təyinatı olub.

AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmrinə əsasən, Mayis Fərəhim oğlu Qədirov adıçəkilən MMC-yə direktor təyin edilib.

Xatırladaq ki, bu ilin may ayında həmin vəzifəni tutan İlham Novruzov işdən azad edilmişdi. Onun gedişindən sonra şirkətə rəhbərlik müvəqqəti olaraq baş mühasib Səmayıl Ramazanova həvalə olunmuşdu.

Yeni təyinatla bağlı Agentlikdən rəsmi açıqlama verilməsə də, bu dəyişiklik strukturun fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.