Cəmiyyət

29 May

Bu QSC-nin rəhbərliyində dəyişikliyi baş verib

Finss.az - Azərbaycanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Baker Tilly Audit Azərbaycan” QSC-də rəhbərlik dəyişikliyi baş verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Səfiyev Səyyavuş Kavı oğlu şirkətin yeni direktoru təyin olunub. O, bu vəzifədə Həsənov Şahin Əmirxan oğlunu əvəz edib.

Səyyavuş Səfiyev uzun illərdir maliyyə və vergi sahəsində fəaliyyət göstərir. O, “Baker Tilly” şirkətinin vergi xidmətləri komandasında təcrübəli üzv kimi tanınmaqla yanaşı, “Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədridir.

“Baker Tilly Audit Azərbaycan” QSC 2005-ci ildə təsis olunub və beynəlxalq “Baker Tilly International” şəbəkəsinin Azərbaycandakı müstəqil üzvüdür. Şirkət audit, vergi və konsaltinq xidmətləri göstərir. Qeyd edək ki, QSC-nin nizamnamə kapitalı 2000 manat təşkil edir.

Şirkətə indiyə qədər rəhbərlik etmiş şəxslər arasında İbrahimov Ziya Rafiq oğlu, Rəhimov Kamran Kami oğlu, Vəliyev Samir Sədəddin oğluHəsənov Şahin Əmirxan oğlu kimi adlar var.

Yeni təyinatın şirkətin fəaliyyətinə necə təsir göstərəcəyi maraqla gözlənilir.