Cəmiyyət

08 May

DİN: Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb

Finss.az - Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 7-də polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayəti ilə əlaqədar axtarışda olan 6 nəfər saxlanılıb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib.

Həmin gün aparılan digər axtarış tədbirləri zamanı isə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi qeydiyyata alınmış 6 nəfərin yeri müəyyən edilərək, onlar da aidiyyəti üzrə təhvil verilib.

DİN vətəndaşları bir daha hüquq-mühafizə orqanları ilə əməkdaşlığa çağırır və ictimai təhlükəsizlik məsələlərinə qarşı məsuliyyətli yanaşmağa dəvət edir.