Finss.az - Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 7-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 41 cinayət faktı aşkarlanıb, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayət hadisəsi isə həll olunub.
Ümumilikdə, axtarışda olan 96 nəfər saxlanılıb. Bunlardan 76 nəfər borclu şəxs kimi axtarışda olub və müvafiq orqanlara təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 18 hadisə və qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 11 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb. DİN bu cür əməliyyatların davam edəcəyini bildirib.