Cəmiyyət

08 May

Mühasib - VAKANSİYA

Finss.az - TID Consulting şirkəti Mühasib vəzifəsi üzrə işə qəbul elan edir.

Əgər mühasibatlıq sahəsində təcrübəniz varsa və göstərilən tələblərə uyğun gəlirsinizsə, bu iş təklifi sizin üçün ola bilər.

İş barədə məlumat:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi

  • Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi

  • Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi

  • Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi

  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması

  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi

Namizədə tələblər:

  • Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)

  • Göstərilən sahə üzrə minimum 3 il iş təcrübəsi

  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı

  • Vergi Məcəlləsini bilməli

  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli

  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli

  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti

  • Azərbaycan dili biliyi (rus dili arzuolunandır)

  • Ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 08 iyun 2025