Finss.az - AFB Bank, qiymətləndirmə sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarır.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
-
Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır;
-
MS Office proqramları üzrə biliklər.
İşin təsviri:
-
Daşınmaz əmlak, avtonəqliyyat vasitələri, avadanlıq və digər girovların real bazar dəyərinin müəyyənləşdirilməsi;
-
Kredit təminatı üçün təqdim olunan əmlakların qiymətləndirilməsi;
-
Əmlak obyektlərinə baxış keçirərək faktiki vəziyyətin qiymətləndirilməsi və sənədlərlə uyğunluğunun yoxlanılması, otoşəkillərin və digər vizual materialların toplanması;
-
Kredit üzrə risklərin minimuma endirilməsi üçün qiymətləndirmə tövsiyələri;
-
Qiymətləndirmə zamanı müvafiq metodlardan istifadə (gəlir yanaşması, bazar yanaşması, maya dəyəri yanaşması, müqayisəli yanaşma və s.);
-
Dəqiq və şəffaf hesabatların yazılması;
-
Müvafiq normativ-hüquqi aktlara və qiymətləndirmə fəaliyyəti haqqında qanuna uyğun sənədlərin tərtib olunması;
-
Əmlak bazarının monitorinqi, müqayisə edilə bilən obyektlərin təhlili;
-
Qiymət trendlərinin izlənməsi və analizi;
-
Girovda olan təminatların təkrar qiymətləndirilməsi və portfelə nəzarət olunması;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-
Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;
-
Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması;
-
Qiymətləndirmə sahəsində minimum 3 illik təcrübə;
-
Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
-
Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər.
İş şəraiti:
-
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
-
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qiymətləndirmə üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.