Cəmiyyət

06 May

Mühasib - VAKANSİYA

Finss.az - Superfon şirkəti Aparıcı Mühasib vəzifəsi vakansiya elan edir. 

Vəzifə: Aparıcı Mühasib
Son tarix: 06 iyun 2025
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının Əmək, Vergi və digər qanunvericiliklərinə uyğun təşkil olunmasına nəzarət etmək.

  • Mühasibat uçotu hesablarında əməliyyatların düzgün əks etdirilməsi, operativ məlumatların təqdim edilməsi və mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə hazırlanması.

  • Mal hərəkətinin uçotu, inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının nəzarət altında saxlanılması.

  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin uçotunu aparmaq.

  • Əmək haqqı, ezam və son haqq hesablarının hesablanması və ödənilməsinə nəzarət.

  • Vergi və digər dövlət orqanları ilə yazışmalar, müvafiq hesabatların hazırlanması.

  • Vergi öhdəliklərinin hesablanması və rəhbərliyə hesabatların təqdim edilməsi.

  • Dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında köçürülməsi.

  • Məhsul və xidmətlərin maya dəyəri hesabatının hazırlanması.

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə).

  • 3 ildən artıq mühasiblik təcrübəsi (topdan və pərakəndə satış sahəsində).

  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.

  • Vergi Məcəlləsi və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilmək.

  • MS Office proqramlarını, xüsusilə Excel və Power BI bilmək üstünlükdür.

  • Dead-line`larla işləmə bacarığı.

  • Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu və prioritetləri müəyyənləşdirmək kimi idarəetmə keyfiyyətləri.

  • Yaş həddi: 25-35.

Təminatlar:

  • Nahar ilə təmin edilmə.

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı.

  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:
CV-nizi [email protected] ünvanına göndərin və mövzu hissəsində vəzifə adını – “Aparıcı mühasib” qeyd edin.

Bu mövqedə işləmək istəyirsinizsə, CV-nizi vaxtında göndərməyə tələsin!