Finss.az - Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, insan resursları sahəsində geniş təcrübəyə malik olan Ülkər Behbutova, 2025-ci ilin may ayından etibarən SOCAR-ın İstedadların İdarə Olunması və Biznes Tərəfdaşlığı Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Behbutova, 2024-cü ilin aprel ayından etibarən Azərbaycanda keçirilən COP29-da müvafiq vəzifədə fəaliyyət göstərib. Onun daha əvvəlki iş təcrübəsi genişdir. O, “TT Technologies” şirkətində İnsan Resursları Departamentinin rəhbəri (2022-2024), “SOCAR AQS”-də İstedadların Cəlb Olunması şöbəsinin müdiri (2020), “Anglo Asian Mining”-də İnsan Resursları və İstedadların İnkişafı şöbəsinin rəhbəri (2018-2020) kimi vəzifələrdə fəaliyyət göstərib. Həmçinin, “SOCAR-KBR”də İnsan Resursları şöbəsinin müdiri (2017-2018), “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” şirkətində İnsan Resursları və İşə Qəbul Meneceri (2015-2017) və BP şirkətində İnsan Resursları üzrə mütəxəssis (2014-2015) kimi müxtəlif rəhbər vəzifələrdə işləyib.
Ülkər Behbutova beynəlxalq səviyyədə də təcrübəyə malikdir və "Intertek", "AzerTelecom", "Wood Group PSN" və "KBR" kimi tanınmış şirkətlərdə müxtəlif insan resursları vəzifələrində fəaliyyət göstərib.
O, Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə MBA dərəcəsinə yiyələnib.
Yeni təyinat SOCAR-da insan resursları sahəsində yeni dövrün başlanğıcını işarə edir və şirkətin inkişafına müsbət təsir göstərəcək.