Cəmiyyət

29 Aprel

“Premium Bank”ın sabiq filial müdiri 461 min manatlıq mənimsəməyə görə həbs edilib

Finss.az - “Premium Bank” ASC-nin sabiq 5 saylı filial müdiri Nəzakət Məmmədxanova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda vəsait mənimsəməkdə təqsirli bilinib və məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son məhkəmə iclasında Nəzakət Məmmədxanova 7 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs edilib.

İttihama əsasən, sabiq filial müdiri bankdan ümumilikdə 461 min manat vəsaiti mənimsəyib. Onunla birgə mühakimə olunan bankın baş xəzinədarı Samirə Əliyevaya isə şərti cəza verilib və o, azadlıqda qalıb.

Cinayət hadisəsinin “Premium Bank”ın 5 saylı filialında baş verdiyi bildirilir.