Finss.az - Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, aprelin 26 və 27-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluq maddəsi ilə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Əməliyyat tədbirləri çərçivəsində həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək itkin düşmüş hesab edilən 4 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.