Finss.az - Aparıcı Mühasib Vəzifəsi - Cronos Construction Şirkəti
Son tarix: 22 may 2025
Vəzifə tələbləri:
- 
	Müvafiq sahədə ali təhsil diplomu 
- 
	Minimum 3 il mühasib təcrübəsi 
- 
	ACCA FA, F7, PMS sertifikatları üstünlükdür 
- 
	Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli 
- 
	Müəssisədə mühasibat uçotunun formaları və metodları ilə işləmə bacarığı 
- 
	İlkin sənədləşmələr, əmək haqqı hesablanması və dövriyyə saldo cədvəlləri üzrə təcrübə 
- 
	1C 8.3, Office və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı 
- 
	Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır 
- 
	Fikrini izah etmək, ünsiyyət qurmaq və problemləri həll etmək bacarığı 
- 
	Fəal və işə planlı yanaşma bacarığı 
Vəzifələr:
- 
	Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək 
- 
	Vergi və mühasibat uçotunu aparmaq 
- 
	Kassa və bank əməliyyatlarını həyata keçirmək 
- 
	Debitor və kreditor hesablaşmalarını aparmaq 
- 
	Əmək haqqı hesablanması və ödənilməsi 
- 
	Əsas vəsaitlərin alınması və istismara verilməsi 
- 
	Materialların uçotu və proqramda işlənməsi 
- 
	Gündəlik və aylıq hesabatların hazırlanması 
- 
	Vergi, DSMF və Statistika hesabatlarını təqdim etmək 
- 
	Ödənişlərin nəzarətdə saxlanması və "internet banking" vasitəsilə ödəmələr 
Bizim təklif etdiklərimiz:
- 
	Dinamik və köməyə hazır komanda 
- 
	6 günlük iş rejimi (1-5-ci günlər: 10:00 - 18:00, 6-cı günlər: 10:00 - 16:00) 
- 
	Şəxsi və peşəkar inkişaf imkanı 
- 
	Mərkəzi ofis 
- 
	Təcrübəyə uyğun rəqabətli əmək haqqı 
Uyğun namizədlər CV-lərini “Aparıcı mühasib” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

