Cəmiyyət

22 Aprel

"SOCAR Türkiyə"nin rəhbəri və Kolumbiya Qlobal Mərkəzi BANM-də təhsil və sənaye əməkdaşlığını müzakirə etdilər

Finss.az - “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov, eləcə də Kolumbiya Qlobal Mərkəzinin qurucusu və rəhbəri İpek Cem Tahanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

Səfər çərçivəsində qonaqlar BANM-ın rektoru Elmar Qasımovla görüşüblər. Görüş zamanı təhsil, sənaye əməkdaşlığı və beynəlxalq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar tələbələrlə interaktiv görüş keçiriblər. Görüş zamanı tələbələrin suallarını cavablandıran Elçin İbadov və İpek Cem Taha öz peşəkar fəaliyyət yolları, qazandıqları təcrübələr və uğur hekayələri barədə məlumat veriblər.

Sonda Elçin İbadova və İpek Cem Tahaya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Zemfira Ms
Finss.az